AZ

Yaponiya Aİ-nin planına qoşulmadı: Rusiya pulları toxunulmaz qalır

Yaponiya Rusiya aktivlərindən Ukrayna üçün istifadə etməkdən imtina etdi

Tokio hüquqi səbəbləri əsas gətirərək 30 milyard dollarlıq vəsaitə toxunmayacağını bildirib.

İnterpress.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata əsasən, Yaponiya dondurulmuş Rusiya aktivlərindən Ukraynaya dəstək məqsədilə istifadə olunmasını nəzərdə tutan Avropa İttifaqının planında iştirak etməkdən imtina edib.

Bildirilir ki, ölkə ərazisində Rusiyaya məxsus təxminən 30 milyard dollar həcmində vəsait saxlanılır. Bazar ertəsi baş tutan G7 (Böyük Yeddilik) ölkələrinin maliyyə nazirlərinin görüşündə Tokio nümayəndəsi bəyan edib ki, hüquqi səbəblərə görə onlar bu vəsaitlər üzərində sərəncam verə bilməzlər.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
16
interpress.az

1Mənbələr