AZ

Putin yeni fərman imzaladı

Rusiya Prezidenti Vladimir Putin 2026-cı il üçün ehtiyatda olan vətəndaşların hərbi təlim toplanışlarına çağırılması barədə fərman imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, Rusiya hüquqi informasiya portalında dərc olunan sənədə əsasən, ehtiyatda olan şəxslər növbəti ildə hərbi təlimə cəlb olunacaq. Toplanışların təşkilini Rusiya hökuməti və regionların icra hakimiyyəti orqanları həyata keçirəcək.

Fərman dərhal qüvvəyə minir və iki məxfi bəndi özündə ehtiva edir. Bu bəndlərdə təlimə çağırılacaq vətəndaşların sayı və təlimlərin müddəti ilə bağlı məlumatların yer aldığı ehtimal olunur.

Seçilən
43
nocomment.az

1Mənbələr