Olaylar.az xəbər verir ki, məlumatı Axios yayıb: "Ukrayna rəsmiləri ABŞ-ın ona daha təsirli təzyiq göstərə bilmək üçün Zelenskini Avropa liderlərindən uzaqlaşdırmağa çalışdığına inandıqlarını bildiriblər".
Portal bir Ukrayna rəsmisindən sitat gətirir ki, "Zelenski Avropadakı əsas müttəfiqləri ilə məsləhətləşmədən belə radikal qərarlar qəbul edə bilməz".
Portalın mənbəyinə görə, Tramp administrasiyası Zelenskiyə tez hərəkət etməyə təkid edir, avropalılar isə ona ehtiyatlı və səbirli olmağı məsləhət görürlər. (Musavat.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31