AZ

Cənubi Koreyanın istilik elektrik stansiyasında yanğın başlayıb

Bakı, 9 dekabr, AZƏRTAC

Cənubi Koreyanın cənub-qərbində istilik elektrik stansiyasında baş verən partlayışdan sonra yanğın baş verib.

AZƏRTAC Cənubi Koreyanın Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, yerli vaxtla saat 14:43-də paytaxt Seuldan təxminən 150 kilometr cənub-qərbdə yerləşən Taeandakı istilik elektrik stansiyasında yanğının baş verməsi barədə yanğınsöndürmə orqanlarına məlumat verilib.

Hadisə yerinə yanğınsöndürənlər və texnika göndərilib.

 

 

Seçilən
32
azertag.az

1Mənbələr