AZ

Rauf Allahverdiyev ümidini itirmir – Rəhim Həsənov ona kömək edəcək?

Bir müddət öncə hakimlikdən uzaqlaşdırılan Rauf Allahverdiyev yenidən öz işinə qayıtmaq istəyir. Sabiq referi Hakimlər Komitəsinin yeni sədri Rəhim Həsənova müraciət edib.

O, azərbaycanlı mütəxəssisin özünə kömək edə biləcəyini düşünür. Allahverdiyev Premyer Liqa olmasa belə, aşağı liqalarda və ya uşaq futbolunda çalışmağa razıdır.

R. Həsənov hələlik Allahverdiyevin müraciətinə hər hansı bir cavab verməyib. Sabiq hakimin yenidən öz işinə qayıdıb-qayıtmayacağı bəlli deyil.

Məlumata görə, AFFA rəhbərliyi R.Allahverdiyevin hakimliyə dönməsinə razı deyil. Onunla yenidən çalışmaq istəmirlər.

Bu səbəbdən də sabiq referi komitə rəhbərindən özünə kömək etməsini istəyir.

Xatırladaq ki, Allahverdiyev hazırda taksi fəaliyyəti ilə məşğuldur.

Qeyd edək ki, referi hakimlikdən uzaqlaşdırılmasını ötən mövsüm Azərbaycan Kubokunun yarımfinal mərhələsi ilk oyunu çərçivəsində keçirilən “Neftçi” – “Sabah” görüşündə ciddi səhvə yol verməsilə əlaqələndirmişdi. Daha sonra AFFA Allahverdiyevi federasiyanın işgüzar imicinə xələl gətirən açıqlamaları səbəbindən onunla yeni müqavilə uzadılmadığını açıqayıb.

İdmanxeber.az 

Seçilən
7
idmanxeber.az

1Mənbələr