Çində "China Huarong International Holdings" investisiya şirkətinin keçmiş baş direktoru Bai Tianhui 156 milyon dollar rüşvət aldığı üçün edam edilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, müstəntiqlərin fikrincə, 2014-cü ildən 2018-ci ilə qədər Bai Tianhui şirkətin baş direktoru kimi vəzifəsindən sui-istifadə edərək layihələrin və korporativ maliyyələşdirmənin əldə edilməsinə şərait yaradıb. Bunun müqabilində o, üçüncü şəxslərdən 1,108 milyard yuan (təxminən 156 milyon dollar) məbləğində külli miqdarda pul alıb.
2024-cü ilin mayında məhkəmə Tianhui xüsusilə külli miqdarda rüşvət almaqda təqsirli bilib və onu ölüm cəzasına məhkum edib. O, həmçinin siyasi hüquqlarından məhrum edilib və şəxsi əmlakı müsadirə edilib. O, ölüm hökmündən apellyasiya şikayəti verməyə cəhd edib, lakin bu ilin fevralında istintaqla əməkdaşlığa və digər işlərin həlli üçün mühüm sübutlar təqdim etməsinə baxmayaraq, məhkəmə onun şikayətini rədd edib.
Gülayə Mecid