Krasnoyarskda avtobus qəzasında 13 nəfər xəsarət alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb. Yaralananlardan 6-sı azyaşlıdır, minik avtomobili avtobusla toqquşub.
Məlumata əsasən, Krasnoyarsk diyarında sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində ümumilikdə 13 nəfərin xəsarət aldığı bildirilir. Qeyd olunur ki, yaralananlar arasında altı nəfər yetkinlik yaşına çatmayan şəxs var.
Xuraman Etibarlı
İnterpress.az