AZ

Bakıda Şərqi Avropa və SPECA ölkələri arasında ticarətin sadələşdirilməsi üzrə beynəlxalq seminar keçiriləcək

11-12 dekabr tarixlərində Bakıda Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) təşkilatçılığı ilə “Şərqi Avropa və SPECA (BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üçün xüsusi proqramı) ölkələri arasında nəqliyyat və ticarətin asanlaşdırılması" mövzusunda 20-ci Beynəlxalq Potensialın Gücləndirilməsi Seminarı keçiriləcək.

"APA-Economics" xəbər verir ki, seminar UNECE tərəfindən, Avropa–Qafqaz–Asiya Nəqliyyat Dəhlizinin Hökumətlərarası Komissiyasının Daimi Katibliyi (PS IGC TRACECA) və inkişaf tərəfdaşlarının əməkdaşlığı ilə təşkil olunur.

Tədbirin əsas məqsədi Şərqi Avropa və SPECA regionları arasında ticarət və nəqliyyatın asanlaşdırılması ilə yanaşı BMT standartları əsasında multimodal informasiya mübadiləsinin rəqəmsallaşdırılması sahəsində bilik və təcrübənin artırılmasıdır.

Qeyd edək ki, SPECA BMT tərəfindən Mərkəzi Asiya ölkələrinin iqtisadi inkişafını, regional əməkdaşlığını və beynəlxalq bazarlara inteqrasiyasını gücləndirmək üçün yaradılmış beynəlxalq platformadır. SPECA-ya Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan olmaqla 7 ölkə daxildir

Seçilən
59
1
apa.az

2Mənbələr