AZ

Əli Kərimli dəfələrlə şübhəli və qaranlıq fəaliyyət faktları ilə bağlı araşdırmaların mərkəzində olub



"Dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirməyə cəhd istək və ənənələrinin yaranmaması üçün bu təşəbbüslərin qarşısı rüşeym halında olduğu məqamda və qətiyyətlə alınmalıdır.

Azərbaycan Xalq Cəbhəsi və onun sədri Əli Kərimli dəfələrlə şübhəli və qaranlıq fəaliyyət faktları ilə bağlı araşdırmaların mərkəzində olublar. Hakimiyyəti zorla dəyişməyə cəhd olunması istəyinin siyasi partiyanın amalına çevrilməsi olduqca təhlükəli təcrübədir".

Newscenter.az xəbər verir ki, bunu siyasi şərhçi Elçin Ağamalı səsləndirib. O deyib ki, bu baxımdan istintaq və və məhkəmə yekunlaşdıqdan sonra Ədliyyə Nazirliyi "Siyasi partiyalar haqqında " Qanunun 4.3.1- ci maddəsinə əsaslanaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının qeydiyyatının və fəaliyyətinin ləğv olunması ilə bağlı məhkəməyə müraciət edə bilər və düşünürəm də ki etməlidir.

Anar
Seçilən
67
1
newscenter.az

2Mənbələr