AZ

Deputat: “İxtisarlar aparılıbsa, hökumətin öhdəliyi insanları iş yeri ilə təmin etməkdir”

“Dövlət qurumlarında ixtisarlar insanları narazı salıb. Biz çevik idarəetmənin tərəfdarıyıq. İşçilər ixtisara düşəndə, əlbəttə, narazılıq edəcəklər. Dövlət qurumları ixtisarlar aparırlarsa, ixtisara düşən işçilərin işlə təmin olunma məsələsini də həll etməlidirlər. Bu işlər qarışıqlıqlı sürətdə həyata keçirilməlidir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev deyib.

 

E.Musayev Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR), o cümlədən "Bakı Metropoliteni" QSC-də kütləvi ixtisarlar aparılmasına da münasibət bildirib: “Məlum olduğu kimi, Azərbaycanda neftin emalı da, istehsal da, ixrac da azalıb. Təbii ki, belə olan halda SOCAR-da ixtisasların olması qaçılmaz idi. İxtisarlar olubsa, hökumətin öhdəliyi insanları iş yeri ilə təmin etməkdir. Bu barədə fikirləşmək lazımdır”.

 

Aytəkin Qardaşova

Tarix: 9 Dekabr 2025, 11:25   
Seçilən
79
1
pravda.az

2Mənbələr