AZ

Sənaye zonasında GİZLİ SEX – Tonlarla saxta içki TAPILDI – FOTO

Çelyabinskdə saxta spirtli içki istehsal edən sex ləğv edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis sənaye zonasında gizli fəaliyyət göstərən istehsalatı aşkar edib, külli miqdarda məhsul müsadirə olunub.

Məlumata əsasən, Çelyabinsk vilayətində saxta spirtli içkilərin istehsalı ilə məşğul olan sex ləğv edilib.

Polis əməkdaşları Kasli rayonundakı sənaye meydançalarında gizli fəaliyyət göstərən yeraltı istehsalatı aşkar ediblər.

Keçirilən yoxlama zamanı ümumi dəyəri 7 milyon rubl (təxm. 157 min man) təşkil edən saxta məhsullar müsadirə olunub.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
56
interpress.az

1Mənbələr