Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 9-10-da Almaniya səfər edəcək.
Vətəninfo.az xəbər verir ki, səfərin ilk günündə, dekabrın 9-da, Paşinyan Almaniya prezidenti Frank-Valter Ştaynmayer və Almaniya federal kansleri Fridrix Merzlə görüşəcək.
Dekabrın 10-da isə, Paşinyan Hamburqa səfər edərək şəhər meri Peter Çençerlə görüşəcək və Hamburq Ticarət Palatasında yerli iş adamları ilə dəyirmi masa təşkil edəcək.