AZ

Azərbaycan ekoloji idarəetməni yaxşılaşdırır - AİB

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) tərəfindən dərc olunmuş “Asiya SuEhtiyatlarının İnkişaf Proqnozu (AWDO) 2025” hesabatına əsasən,Azərbaycan su ekosistemlərinin vəziyyəti indeksini (CASCI) 4,2səviyyəsində sabit saxlayıb, ekoloji idarəetmə indeksi (EGI) isə2013-cü ildəki 6,2 göstəricisindən 2020 və 2025-ci illərdə 7,0-əyüksəlib.

Trend bu barədəhesabata istinadən xəbər verir.

Hesabatda qeyd olunur ki, region ölkələrinin əksəriyyətindəCASCI göstəriciləri sabit qalıb və ya azalma müşahidə edilib. EGIgöstəriciləri isə Ermənistan istisna olmaqla, əksər ölkələrdə sabitqalıb və yaxud yaxşılaşıb.

“Qazaxıstanda su ekosistemlərinin sağlamlığı və ekolojiidarəetmənin ümumi KD4 göstəricisi yaxşılaşıb. Bildirilir ki, buartıma azotdan istifadənin səmərəliliyinin yüksəlməsi və çirkabsuların təmizlənməsi sahəsində irəliləyişlər səbəb olub.Qazaxıstanda CASCI 2025-ci ildə 5,6 səviyyəsində qalıb”, – deyəhesabatda vurğulanır.

AİB-in məlumatına görə, regionun digər ölkələrində vəziyyətbelədir:

Gürcüstan: CASCI 4,8-dən (2013) 4,4-ə (2025) enib; EGI 4,6-dan5,4-ə yüksəlib.

Türkiyə: CASCI 2025-ci ildə 4,0 təşkil edib və 2013-cü il iləeynidir; EGI 6,2 səviyyəsində qalıb.

Qırğızıstan: CASCI 4,4-dən 3,4-ə enib; EGI 4,6 səviyyəsindədəyişməz qalıb.

Tacikistan: CASCI 4,4-dən 4,2-yə enib; EGI 7,6 səviyyəsindəsabit qalıb.

Özbəkistan: CASCI 2025-ci ildə 5,2 olub və 2013-cü ildəkisəviyyədə qalıb; EGI 7,6 səviyyəsində dəyişməyib.

Türkmənistan: CASCI 5,4-dən 4,6-ya enib; EGI 2025-ci ildə 4,6təşkil edib.

Ermənistan: CASCI 3,2-dən 2,6-ya enib; EGI 7,6-dan 7,0-adüşüb.

Məqalədə:
Seçilən
15
az.trend.az

1Mənbələr