AZ

Cənubi Koreya: Rusiya və Çin təyyarələri Seulun ADIZ zonasında uçub

Koreya Respublikasının (KR) Birgə Qərargah Rəisləri Komitəsi bildirib ki, Rusiya və Çin hərbi təyyarələri Seulun birtərəfli yaratdığı Hava Hücumundan Müdafiə Zonası (ADIZ) daxilində uçub.

"Operativ Məlumat Mərkəzi-OMM" "Yonhap" xəbər agentliyinə istinadən xəbər verir ki, zonaya yeddi Rusiya və iki Çin təyyarəsi daxil olub və çıxıb. Komitə qeyd edib ki, “hava məkanının pozulması olmayıb”.

Təyyarələr Yapon dənizindəki zonaya daxil olublar. Qanun pozuntularının olmamasına baxmayaraq, Cənubi Koreya təyyarələri havaya qalxıb.

Moskva isə bir neçə dəfə vurğulayıb ki, ADIZ Seul tərəfindən birtərəfli yaradılıb və digər dövlətlər üçün hüquqi öhdəliklər yaratmır. Rusiya Müdafiə Nazirliyi bütün Rusiya hərbi uçuşlarının beynəlxalq hava məkanı qaydalarına uyğun həyata keçirildiyini bildirib.

Qeyd olunur ki, Cənubi Koreya bu ərazidə uçan təyyarələr barədə məlumat tələb edir və adətən hava məkanı pozulmasa belə, təyyarəni havaya qaldırır. Ölkə tərəfi əvvəllər mart ayında oxşar vəziyyətlə bağlı məlumat vermişdi.

Seçilən
36
1
operativmm.az

2Mənbələr