Bakı. Trend:
2026–2029-cu illəri əhatə edən növbəti ortamüddətli dövr hazırkıinkişaf meylləri baxımından ölkə qarşısında yeni stratejiçağırışlar və hədəflər formalaşdırır.
Trend xəbərverir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenariclasında 2026-cı il dövlət büdcəsi zərfinə daixl olan qanunlayihələrinin müzakirəsi zamanı deyib.
Baş nazir bildirib ki, cari ilin ötən dövrü ərzində ölkəPrezident İlham Əliyevin həyata keçirdiyi xarici səfərlər və yüksəksəviyyəli görüşlər ölkəmizin iqtisadi gündəliyinə yeni dinamikagətirib.
“Məhz cari ilin 8 avqustunda Prezident İlham Əliyevin ABŞ-atarixi səfəri çərçivəsində imzalanan sənədlər, o cümlədənAzərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyatbağlantısı üzrə razılaşmanın əldə olunması regionda davamlı sülhün,beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının və iqtisadiinkişafın təmin olunmasına xidmət edəcək.
Bu dövrdə əldə olunmuş nailiyyətlər iqtisadi sabitliyin vədayanıqlığın qorunmasına, yeni investisiyaların cəlbinə vəölkəmizin beynəlxalq sahədə rolunun və mövqeyinin daha damöhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazibütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu,Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsindəqələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, 2025-ci il “Konstitusiyavə Suverenlik ili” kimi qeyd edilir.
Noyabrın 8-də qürur hissi ilə şahidi olduğumuz Zəfərimizin 5-ciildönümünə həsr olunmuş möhtəşəm “Hərbi parad” müstəqildövlətimizin gücünün, ordumuzun qüdrətinin və xalqımızın birlikdəyazdığı şanlı qələbənin təntənəsinə çevrilib”, - deyə Əli Əsədovvurğulayıb.