AZ

Hazırda 600 mindən çox şagird ikinci sinifdən rəqəmsal bacarıqlara yiyələnir - Nazir müavini

Bakı. Trend:

Azərbaycanda hazırda 600 mindən çox şagird ikinci sinifdənrəqəmsal bacarıqlara yiyələnir.

Trend xəbərverir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli bu günBakıda keçiriIən "Əqli mülkiyyət və süni intellekt" mövzusundabeynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, nazirlik yaradıcı gənclərin hazırlanmasıistiqamətində fəaliyyətini davam etdirir:
"Süni intellekt təhsildə də vacib rol oyanır. Biz inanırıq ki,həqiqətən fundamental bacarıqlar ən önəmli nailiyyətimizdir. Artıq300 min şagird məktəblərdə layihə əsaslı iş, komanda şəkildə iş vəöz yeni ixtiraları üzərində çalışırlar".

Həsən Həsənli qeyd edib ki, görülən işlər çərçivəsində həminşagirdlərin həm iqtisadiyyatın tələblərinə uyğun, həm də cəmiyyətinehtiyaclarına uyğun mütəxəssis kimi yetişməsi üçün fundamentalbilikləri olacaq:

"Eyni zamanda ən bacaraqlı şagirdlərimiz üçün müxtəlifmüsabiqələr, olimpiyadalar keçirilir. Burada ən istedadlı gəncləriseçib düzgün yönləndirmək imkanı yaradır. Süni intellekt müəllimlərüçün bu alətlərdən istifadə edərək dərslərin metodolji planınıhazırlamağa və prosesdə təkcə müşahidəçi yox, həm də iştirakçıolmağa fürsət yaradır. Əqli mülkiyyətdən danışırıqsa, yaradıcıideyanın çox həssas bir məhfum olduğunu nəzərə almalıyıq".

Məqalədə:
Seçilən
28
az.trend.az

1Mənbələr