AZ

Növbəti ilin müdafiə xərcləri büdcə xərclərinin 21 %-ni təşkil edəcək

Bakı. Trend:

Hökumətin əsas xərc istiqamətlərindən biri də təhlükəsizliyin,hərbi-müdafiə potensialının daha da gücləndirilməsidir. Növbətiilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləriümumi büdcə xərclərinin təqribən 21 %-ni (8.7 mlrd.manat) təşkiledir.

Trend xəbərverir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenariclasında 2026-cı il dövlət büdcəsi zərfinə daixl olan qanunlayihələrinin müzakirəsi zamanı deyib.

Baş nazir bildirib ki, bu gün Azərbaycanda hərbi sənaye sürətləinkişaf edir və uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılırvə diqqət göstərilir:

“Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik. VəPrezident İlham Əliyev tərəfindən Hökumət qarşısında vəzifə qoyulubki, həm daxili tələbatı ödəmək, həm də ixrac etmək üçün sənayeklasteri yaradılsın. Bu istiqamətdə artıq müvafiq işləraparılır”.

Seçilən
50
1
az.trend.az

2Mənbələr