AZ

Azərbaycan XİN-in nümayəndə heyəti Laosda səfərdədir

Vyentyan, 9 dekabr, AZƏRTAC

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Laos Xalq Demokratik Respublikasında səfərdədir.

AZƏRTAC xəbər verir ki, səfərin məqsədi iki ölkənin Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsidir.

Səfər çərçivəsində Laos rəsmiləri ilə keçirilən görüşlərdə ölkələrimiz arasında münasibətlərin hazırkı durumu və inkişafı perspektivləri müzakirə olunur.

 

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Vyentyan

Seçilən
73
4
azertag.az

5Mənbələr