AZ

İsrail bu il dünyada ən çox jurnalist öldürən ölkə olub

İsrail bu il dünyada ən çox jurnalisti öldürən ölkə olaraq yenidən qeydə alınıb.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə Sərhədsiz Reportyorlar (RSF) təşkilatı hesabat dərc edib.

Hesabata görə, bu il dünya üzrə 67 jurnalist müxtəlif hücumlarda həyatını itirib, ölümlərin təxminən yarısına görə (29 nəfər) məsuliyyət İsrailin üzərinə düşür.

Qeyd edilib ki, İsrail 2023-cü ilin oktyabr ayından Qəzzaya qarşı həyata keçirdiyi hücumlarda 220-dən çox jurnalisti öldürüb.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
13
missiya.az

1Mənbələr