AZ

Azərbaycanda idmanında ağır itki

Azərbaycan ağırlıqqaldırma ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Respublikasının idman ustası, “Əməkdar məşqçi”, Respublika dərəcəli hakim və “Göyəzən” klubunun məşqçi müəllimi Abdalov Rəayət Əziz oğlu dünyasını dəyişib.
1971-ci ildə doğulmuş Rəayət Abdalov məşqçilik fəaliyyəti dönəmində onlarla atleti beynəlxalq yarışlara hazırlayıb. Onun yetirmələri dünya və Avropa səviyyəli yarışlarda, İslam Həmrəyliyi Oyunlarında ölkəmizi layiqincə təmsil edərək Vətənə medallarla qayıdıblar.
Azərbaycan Ağirliqqaldirma Federasiyasının kollektivi olaraq Rəayət Abdalovun qəfil vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailə üzvlərinə və yaxınlarına Allahdan səbr diləyirik!

Seçilən
50
1
teleqraf.com

2Mənbələr