AZ

QHT sədri: "2026-cı il üçün yeni birgə təşəbbüslər hazırlanacaq"

Dövlət–Özəl Sektor–QHT Platforması çərçivəsində keçirilən Forumun I panelində açılış çıxışı  ilə Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyevaplatformanın fəaliyyəti və məqsədləri barədə məlumat verilib.

QHT sədri çıxışında bildirilib ki, platforma 2024-cü ilin dekabr ayında yaradılıb və 2025-ci il ərzində mütəmadi iclaslar keçirilib:

"İqtisadiyyat Nazirliyi platformanın fəaliyyətində daim dəstək göstərib və bütün tədbirlərdə yaxından iştirak edib. Platformanın əsas məqsədinin dövlət qurumları, özəl sektor və vətəndaş cəmiyyətinin bir araya gələrək əməkdaşlıq etməsi, cəmiyyət üçün faydalı təşəbbüslərlə çıxış etməsi və Azərbaycanın inkişafına töhfə verməsi olduğu vurğulanıb. Beynəlxalq səfərlər zamanı Avropa ölkələrində bu üç sektorun sıx əməkdaşlıq etdiyi müşahidə olunub və Slovakiyadan beynəlxalq ekspertin də panelə qoşulacağı qeyd edilib".

Sonda QHT sədri vurğulayıb ki, 2026-cı il üçün yeni təkliflərin hazırlanması, əməkdaşlığın daha da gücləndirilməsi və birgə fəaliyyətin davam etdirilməsi əsas hədəflərdəndir.

Seçilən
6
qht.az

1Mənbələr