Bakı. Trend:
Yeni tikilən yaşayış binalarının enerji effektivliyi üzrəpasportlaşdırılması məcburi hala gətirilir.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan "Enerji resurslarından səmərəli istifadə və enerjieffektivliyi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.
Layihəyə əsasən, aşağıdakı bina və tikililər istisna olmaqlayeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış vəqeyri-yaşayış binalarının enerji effektivliyi üzrəpasportlaşdırılması məcburi olacaq:
- "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanunauyğun olaraq dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix vəmədəniyyət abidələrinin siyahısına daxil edilmiş binalar(tikililər);
- yardımçı və müvəqqəti tikililər;
- istixanalar və anbar binaları;
- istehsalat binaları;
- fərdi yaşayış evləri;
- Şəhərsalma və Tikinti Məcəlləsinin 81.1-ci və 89.1-ci(89.1.4-cü maddə istisna olmaqla) maddələri ilə müəyyən edilmiştikinti obyektləri.
Pasportlaşdırma bu qanun qüvvəyə mindikdan sonra yeni tikilən,yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayışbinaları üçün məcburi olacaq, istismarda olan binalara şamilolunmayacaq.
Qeyd edək ki, qanunda binaların enerji effektivliyi üzrəpasportlaşdırılması qaydaları öz əksini tapıb. Həmin qaydalarNazirlər Kabineti tərəfindən təsdiq ediləcək.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.