AZ

"Monitorinq zamanı şagirdlərlə onlayn sorğular aparılır"

“Monitorinqlər aparmaqda məqsəd data əsaslı qərar verməkdir. Keyfiyyət təminatı da monitorinqlərin əsas məqsədlərindəndir.”

Redaktor.az xəbər verir ki, bu fikirləri məktəb inspeksiyasında akademik rəhbər, təhsil liderliyi üzrə magistr, UCL Aysel Əzimova “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktiki beynəlxalq konfransında deyib.

“Monitorinq zamanı bir sıra alətlərdən istifadə olunur. Bu zaman dərs dinləmələri keçirilir, zəruri sənədlərə baxılır və şagirdlərlə onlayn sorğular aparılır. Məktəbin texniki bazası, təhlükəsizlik və sanitar vəziyyət də yoxlanılır", - deyə o bildirdi.

Aytəkin TOFİQQIZI

Seçilən
17
1
redaktor.az

2Mənbələr