AZ

​Virus qapının ağzında:

ABŞ-da bir şirin quş qripindən ölməsi “Yeni pandemiya gəlir?” sualı ətrafında müzakirələri intensivləşdirib. ABŞ-da yaşayan türkiyəli alim Əli Rza Akın quşlardan məməlilərə doğru irəliləyən virusun yeni mutasiya əlaməti olduğunu bildirib.
Metbuat.az-ın məlumatına görə, mütəxəssis deyib ki, meşədə tapılan şir cəsədi H5N1 virusunun artıq təkcə ov quşları deyil, bütün təbiətə aid olduğunu sübut etdi: “Quş qripinin məməlilərin hüceyrələrinə sızdığı artıq sübut olunub. Virus indi göydə deyil, həm də meşədədir. Bəlkə də sabah biz də bu virusa yoluxacağıq. Bu yaxınlarda ABŞ-da bir nəfər bu virusdan ölüb”. Alim deyib ki, quş qripinin ən ölümcül ştammı H5N1 virusudur və heyvanlardan insanlara keçə bilir. Bu virisun ölüm göstəricisi çox yükskdir: “Mütəxəssislər uzun müddətdir ki, virusun mutasiyaya uğrayaraq insandan insana keçəcəyi təqdirdə qlobal pandemiya riski yaradacağına dair xəbərdarlıq edirlər. İndi isə virus yayılmağa başlayıb. Normal şərtlərdə quşlara xas bir virus məməli toxumasına yapışa bilmir. Ancaq son illər tülkü, ayı, şir və başqa bir çox məməli növündə H5N1 virusuna yoluxma halları aşkar edilib. ABŞ-da, Cekson Holedə şirin ölməyi H5N1 virusunun qitədən-qitəyə yayıldığının sübutudur. Quş qripi köçəri quşlar vasitəsilə okeanın o tayına keçə bilir”.

Qeyd edək ki, son 9 ayda ABŞ-da iki nəfər quş qripindən həyatını itirib. Amma rəsmi qurumlar virusun geniş ictimaiyyət üçün yaratdığı riskin aşağı olduğunu açıqlayıb. ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi bildiirb ki, quş qripinin insandan insana keçməsinə dair heç bir dəlil yoxdur.

Seçilən
34
1
metbuat.az

2Mənbələr