Vətəninfo.az “Ynet” xəbər agentliyinə istinadən xəbər verir ki, İsrail rəsmisi Knessetin Xarici Əlaqələr və Müdafiə Komitəsinin qapalı iclasında İranın ballistik raket istehsalını sürətlə bərpa etdiyini bildirib.
Bildirilib ki, İran 12 günlük müharibədən təxminən 6 ay sonra raket proqramını yenidən işə salıb və potensialını sürətlə artırır.
Bu xəbərdarlıq SEPAH tərəfindən Fars körfəzində genişmiqyaslı dəniz təliminin keçirildiyinin açıqlanması ilə eyni vaxta təsadüf edir. Bildirilir ki, təlimlərdə 2000 kilometr mənzilli qanadlı və ballistik raketlər, eləcə də kamikadze tipli PUA-lardan istifadə olunub.
İran mətbuatı təlim zamanı elektron müharibə şəraitində süni intellektlə dəstəklənən hava hücumundan müdafiə sistemlərinin sınaqdan keçirildiyini yazıb. SEPAH bildirib ki, 12 günlük müharibə dövründə 36 “Mossad” casusu zərərsizləşdirilib.