“Şaxtyor”un baş məşqçisi Arda Turan Donetsk klubundakı 6 aylıq fəaliyyətini dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "UA-Football" türkiyəli çalışdırıcının fikirlərini belə təqdim edib:
"Ümid edirəm ki, Konfrans Liqasını və çempionatı yaxşı vəziyyətdə başa vuraraq fasiləyə yollanacağıq. Buna çox yaxınıq. Gözəl altı ay keçirdik. İyunun 20-də başladıq. Belə sıx qrafiklə və bütün görüşləri səfərdə keçirməklə oynamaq asan deyil. Məsuliyyəti öz üzərimə götürdüm və indi şikayətlənməli deyiləm.
Psixoloji cəhətdən bir az yorğunuq, amma heç bir bəhanə qəbul etmirik və əlimizdən gələni ortaya qoymağa davam edəcəyik. Əvvəlcə çox vacib matçımız üçün Maltaya yollanacağıq. Qalib gəlsək, ilk səkkizliyə düşmək üçün böyük üstünlüyə malik olacağıq.
Məqsədimiz son altı ayı da turnir cədvəlinin zirvəsində qalmaqdır. Hər birimiz, o cümlədən mən də bu müddətdə artırdım. Xoşbəxtik və gələcəyə ümidliyik".
Qeyd edək ki, “mədənçilər” dekabrın 11-də Konfrans Liqası çərçivəsində "Hamrun"la qarşılaşacaq.