AZ

"AI" ilə lokal turizm axını analitikası kimi texnoloji istiqamətlərin genişlənməsini gözləyirik - Rüfət Mahmud

Bakı. Trend:

İçərişəhərdə "AI" ilə işləyən yaradıcı studiyalar, rəqəmsalmuzey və virtual eksponatlar, mədəni irs üçün proaktiv monitorinqsistemləri, sənətkar üçün intellektual mülkiyyət reyestri, "AI" iləlokal turizm axını analitikası kimi texnoloji istiqamətləringenişlənməsini gözləyirik.

Trend xəbərverir ki, bunu "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsiİdarə Heyətinin sədri Rüfət Mahmud bu gün Bakıda "Əqli mülkiyyət vəsüni intellekt" mövzusunda keçiriIən beynəlxalq konfransdaçıxışında deyib.

Onun sözlərinə görə, süni intellekt əsərinin kimə məxsus olması,yaradıcı məhsulun patentləşdirilməsi, rəqəmsal mirasın qorunması –bunlar artıq gələcək yox, bugünkü suallardır:

"Dünyanın ən qədim şəhərlərindən biri olan İçəri Şəhərdə yenitexnoloji model və innovasiya ekosistemi formalaşır. Patent və süniintellekt İçəri Şəhər üçün niyə vacibdir? Çünki bu məkan yalnız birdivarlar deyil, yaşayan mədəniyyət, düşüncə və yaradıcılıqmərkəzidir. Yaxın illərdə biz İçərişəhərdə AI-lə işləyən yaradıcıstudiyalar, rəqəmsal muzey və virtual eksponatlar, mədəni irs üçünproaktiv monitoring sistemləri, sənətkar üçün intellektualmülkiyyət reyestri, AI-lə lokal turizm axını analitikası kimitexnoloji istiqamətlərin genişlənməsini gözləyirik. Bu inkişaf isəhüquqi mühit olmadan mümkün deyil".

Seçilən
61
az.trend.az

1Mənbələr