AZ

Xabi Alonso istefaya göndərilir: Əfsanə geri qayıdır

İspaniya mətbuatının məlumatına görə, Xabi Alonsonun Real Madrid-də gələcəyi təhlükə altındadır. Vətəninfo.az xəbər verir ki, Çempionlar Liqasının növbəti mərhələsində Manchester City ilə keçiriləcək oyun, 44 yaşlı baş məşqçi üçün son şans ola bilər. Komandanın uğursuz nəticə əldə etməsi halında Alonso ilə yolların ayrılması gözlənilir.

Real Madrid rəhbərliyi, Celta Vigo ilə 0:2 hesabı ilə başa çatan matçın ardından bir neçə saat davam edən müzakirələr aparıb. Alonso’nun yerinə, klubun gələcək baş məşqçisi üçün ən ciddi iki namizəd Zinedine Zidane və Jürgen Klopp göstərilir.

Əgər Alonso, qarşıdakı Çempionlar Liqası matçında gözlənilən nəticəni əldə edə bilməzsə, rəhbərlik onu istefaya göndərmək qərarını verə bilər.

Seçilən
82
veteninfo.az

1Mənbələr