AZ

İsrail Livanın cənubuna hava zərbələri endirib

İsrail qüvvələri Livanın Nəbatiyyə əyalətinin Adaysa kəndində əsas yolda yerləşən binaya, eləcə də həmin vilayətin Azza və Rumin Ərki kəndləri arasındakı ərazilərə, Cbaa kəndinin kənarında və Cebel Saf yüksəkliklərinə hava zərbələri endirib.

Vətəninfo.az xəbər verir ki , bu barədə Livanın Milli Xəbər Agentliyi məlumat yayıb. 

İsrail Müdafiə Qüvvələri (IDF) Telegram kanalında Livanın cənubundakı bir neçə bölgədə Hizbullaha məxsus infrastruktura zərbələr endirib.

İDF Hizbullahın təlim poliqonuna, eləcə də hərbi obyektlərə və atış meydançasına zərbələr endirib.  

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, Hizbullah ilə İsrail arasında 27 noyabr 2024-cü ildə imzalanan atəşkəs razılaşmasına baxmayaraq, İsrailin 27 noyabr 2024-cü il tarixindən 2025-ci il noyabrın 3-dək Livanın hava, quru və dəniz məkanını pozmasının ümumi sayı 5163-ə çatıb. Zərbələr nəticəsində 309 Livan vətəndaşı həlak olub, 598 nəfər yaralanıb.

Atəşkəs razılaşmasına baxmayaraq, İsrail ordusu son müharibə zamanı ələ keçirilən beş əsas Livan təpəsini saxlamağa davam edərək Livanın cənubundan yalnız qismən geri çəkilib.

Seçilən
51
veteninfo.az

1Mənbələr