AZ

Zelenski İtaliyaya səfər edib

Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın paytaxtı Romaya səfər edib.

Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin sözçüsü Sergey Nikiforov məlumat yayıb.

Onun sözlərinə görə, Zelenskinin bu gün Roma Papası XIV Leo və İtaliyanın Baş naziri Ciorcia Meloni ilə görüşü planlaşdırılır.

Qeyd edək ki, Zelenski Brüsseldən Romaya yollanıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
79
missiya.az

1Mənbələr