AZ

Sabirabadda sürücü avtomobillə su kanalına düşdü

Sabirabadda 58 y

Sabirabadda 58 yaşlı sürücü idarə etdiyi avtomobillə su kanalına düşüb. Onun həyatını xilas etmək mümkün olmayıb. Sabirabad rayonunun Nərimankənd kəndi ərazisində bədbəxt hadisə baş verib. Kənd sakini, 1957-ci il təvəllüdlü İsmayıl Ağababa oğlu Cəbrayılovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil su kanalına düşüb. İlkin məlumata görə, sürücü qəfil yaranan ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib və bu, avtomobilin idarəetməni itirərək kanala düşməsinə səbəb olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
42
nocomment.az

1Mənbələr