Litvada "Tayvan Nümayəndəliyi" 2021-ci ildə keçmiş xarici işlər naziri Gabrielius Landsbergis tərəfindən açılıb. Pekin isə bu adın istifadəsinə qarşı çıxaraq öz səfirini geri çağırıb və eyni addımı Litvadakı diplomatik missiya üçün də tələb edib. Çin digər ölkələrdə olduğu kimi, Litvada ofisin adının "Taybey nümayəndəliyi" kimi olmasını təklif etsə də, hökumət bunu qəbul etməyib. Nəticədə Çin-Litva diplomatik münasibətlərini səviyyəsini azaldıb və Vilyusdakı Çin səfirliyinin statusunu səfirlikdən nümayəndəliyə çevirmək barədə nota göndərib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31