AZ

Sarkozi həbsxanadakı “dəhşətli qonşulardan” şikayətçidir

Fransanın sabiq prezidenti Nikola Sarkozi 21 gün həbsdə qaldığı dövrdə digər məhbuslardan və kamerasındakı şəraitdən şikayət edib. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə o özünün “Həbsxana gündəliyi” (“Journal du détenu”) adlı kitabında yazıb. Kitab 10 dekabrdan satışa çıxacaq.

Sarkozi yazır: “Məhbus qapının barmaqlıqlarına davamlı olaraq metal əşya ilə vururdu. Bu səs dəqiqələr boyu davam edirdi və mənə sonsuz görünürdü. Atmosfer təhdid dolu idi. Xoş gəlmisiniz, cəhənnəmə!”

O həmçinin qonşu kameradakı digər məhbusdan şikayət edib:

“O, vaxtının yarısında ‘Aslan Kral’ cizgi filminin mahnılarını oxuyur, digər yarısında isə qaşıqla barmaqlıqlara vururdu.”

Sarkozi həbsxana kamerasının şəraitindən də narazıdır və onu ucuz otel otağı ilə müqayisə edib:

“Hərbi xidmət etdiyim dövrdə belə sərt döşəkdə yatmamışdım. Yastıqlar qəribə plastik materialdan hazırlanmışdı, örtüklər isə olduqca keyfiyyətsiz idi”.

Seçilən
50
nocomment.az

1Mənbələr