ain.az, Demokrat.az portalına istinadən məlumat verir.
Kənd Təsərrüfatı Nazirliyinin "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin Abşeron Regional İdarəsinin rəisi işdən çıxarılıb. Qaynarinfo-nun məlumatına görə, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə Abdullayev Mühasir İmam oğlu vəzifəsindən azad olunaraq, "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin direktor əvəzi təyin edilib. Qeyd edək ki, ötən ay Abbasov Fəda Əli oğlu "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin direktoru vəzifəsindən azad olunmuşdu.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.