AZ

Qəzza zolağının texnokrat başçısı razılaşdırılıb

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Fələstin Administrasiyası və HƏMAS Qəzza zolağının idarə edilməsi üçün yeni texnokrat komitənin rəhbərinə namizəd məsələsində razılığa gəliblər.Demokrat.az "Report"a istinadən xəbər verir ki, məlumatı Fələstin administrasiyası yayıb.Bildirilib ki, bu vəzifəyə Fələstin Muxtariyyətinin səhiyyə naziri Məcid Əbu Ramadan təyin ediləcək. Təyinatın rəsmi elan ediləcəyi tarix hələ açıqlanmayıb.Məcid Əbu Ramadan 2005-2008-ci illərdə Qəzza şəhərinin meri olub. 2024-cü il martın 31-də o, Fələstin Muxtariyyətinin səhiyyə naziri təyin edilib. HƏMAS-İsrail müharibəsinin əvvəlində Əbu Ramadan anklavda təxminən 70 gün qalıb.O, 2018-ci ildə Böyük Britaniyanın Müqəddəs İoann Ordeni alıb, Müqəddəs İoann Ordeninin Cəngavəri tituluna layiq görülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
demokrat.az

1Mənbələr