AZ

Bakıda 29 yaşlı oğlan borc pul üstündə qohumunu bıçaqladı

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Bakının Nizami rayonunda 29 yaşlı oğlanın qohumu ilə borc üstündə yaranan mübahisəsi cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Ağdam rayon sakini, 1996-cı il təvəllüdlü Əlvan qohumu Elmarın (adlar şərtidir – red.) yaşadığı ünvana gəlib. Əlvan həmin mənzildə aralarında borcla bağlı şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Elmarın onun ünvanına nalayiq ifadə işlətdikdən sonra qisas almaq məqsədi ilə üzərində olan cib bıçağı ilə bədəninin müxtəlif nahiyələrinə vurub. Hadisəni törədən Əlvanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Əlvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi əməli etiraf edib və peşman olduğunu deyib. Bu işə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkən də təqsirləndirilən şəxsi bağışlayıb, ona qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə Əlvanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
142
demokrat.az

1Mənbələr