Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Dekabrın 5-də Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Ermənistandakı Amerika Ticarət Palatasının Direktorlar Şurasının üzvləri və biznes ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
“Cebheinfo.az”-ın məlumatına görə, Gevorq Papoyan 8 avqustda Vaşinqtonda əldə edilən razılaşmanın əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu, təkcə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması və kommunikasiyaların açılması ilə bağlı deyil, həm də bütün region üçün yeni imkanlar yaradır.
“Dünyanın aparıcı iqtisadiyyatı, bir nömrəli ölkəsi olan Amerika Birləşmiş Ştatları ilə sülh prosesinə doğru irəlilədiyimizi məmnuniyyətlə qeyd edirik. Biz birlikdə böyük layihələri, xüsusilə də Ermənistan və ABŞ arasında iqtisadi münasibətlərdə tamamilə yeni üfüqlərin və imkanların açılması haqqında danışmaq imkanı verən TRIPP təşəbbüsünü həyata keçiririk”, - Papoyan belə deyib.
Nazir həmçinin, “Sülh kəsişməsi” təşəbbüsünə də toxunub.Görüşdə ABŞ-nin Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kuinn çıxış edərək ikitərəfli iqtisadi əməkdaşlığın və institusional inkişafın təşviqi üçün strateji istiqamətləri və prioritetləri təqdim etdi.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.