AZ

Məlahət İbrahimıqızı:”Media subyektlərinin vergidən azad olunması onlara əlavə imkanlar verəcək”

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır.

Artıq  Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər təsdiqini tapıb.

Qeyd edək ki, media subyektləri üçün 3 illik vergi güzəştinin müddəti 2026-cı il yanvarın 1-də başa çatırdı. Bu müddət daha 3 il uzadılır.

Beləliklə, 2026-cı il yanvarın 1-dən 3 il müddətinə media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar vergidən azaddır.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Gununsesi.info-ya açıqlamasında bu dəyişikliyi müsbət qiymətləndirdiyini deyib.

Deputatın sözlərinə görə, Azərbaycanda medianın fəaliyyətinə dövlət dəstəyi ənənəsi   mərhum ölkə başçısı Heydər Əliyevin dövründə yaranıb:” O zaman mərhum prezidetimiz qəzetlərin mətbəələrə olan borcunun silinməsi üçün qərarlar verirdi.

Bu o dövr üçan ciddi dəstək idi. Bugün eyni ənənəni cənab Prezidetimiz davam etdirir. Vergidən azadolmalar media subyektləri üçün əlavə imkanlar verir ki, maddi-texniki bazasını möhkəmləndirsin”.

Günay Mahirqızı

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
126
44
icma.az

10Mənbələr