AZ

Muğam müsabiqəsinin iştirakçısı qəza törətdi: ölən və yaralananlar var YENİLƏNİB

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Zərdab rayonunda baş verən avtomobil qəzasında bir nəfər ölüb, altı nəfər xəsarət alıb.

Bakıvaxtı.az-ın report-a istinadən məlumatına görə, xəsarət alanlar bir ailənin üzvləridir.

Xəsarət alanlardan biri azyaşlıdır, onun vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd edilib ki, qəza törədən avtomobilin sürücüsü Məftun Məmmədov "Muğam müsabiqəsi"nin iştirakçısı olub və yarışmada 3-cü yeri tutub.

***

11:39

Zərdabda avtoqəza olub, ölən və xəsarət alanlar var.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Zərdab-Kürdəmir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"Toyota" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Fakt araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
bakivaxti.az

1Mənbələr