AZ

ABŞ-dan Türkiyəyə 41 tarixi əsər qaytarıldı

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin mədəni irsi üçün əhəmiyyətli bir inkişaf baş verib. Nyu-Yorkdakı Manhetten Rayon Prokurorluğunda keçirilən repatriasiya mərasimində Türkiyədən qaçaqmalçılıq yolu ilə aparılan, ümumi dəyəri 8 milyon dollardan çox olan 41 tarixi əsər Türkiyə hakimiyyət orqanlarına qaytarılıb.

Hafta.az yazır ki, təhvil-təslim prosesində Türkiyə Mədəniyyət və Turizm nazirinin müavini Gökhan Yazğı, mərasimə ev sahibliyi edən rayon prokurorunun köməkçisi və Qaçaqmalçılıqla Mübarizə Bölməsinin rəisi Metyu Boqdanos və ABŞ Daxili Təhlükəsizlik Departamentinin (HSI) xüsusi agent köməkçisi Tom Akosella iştirak edib.

Rəsmilər qaytarılan əsərlərin birgə beynəlxalq araşdırmalar nəticəsində bərpa edilən mədəni irsin vacib nümunələri olduğunu bildirərək, Türkiyə ilə ABŞ arasında tarixi əsər qaçaqmalçılığına qarşı mübarizədə davam edən güclü əməkdaşlığı vurğulayıblar. Onlar əsərlərin geri qaytarılmasının beynəlxalq hüquqa və mədəni irsin qorunmasına ortaq öhdəliyi nümayiş etdirdiyini bildiriblər.

Seçilən
55
hafta.az

1Mənbələr