AZ

Türkiyə Sahil mühafizəsi 37 qanunsuz miqrantı xilas etdi  

Türkiyə Sahil mühafizəsi İzmir əyalətinin Seferihisar rayonu sahillərində 10 uşaq da daxil olmaqla 37 qanunsuz miqrantı xilas edib. Bu barədə Anadolu agentliyi xəbər verir.

Türkiyə Sahil mühafizəsi komandanlığının rəsmi saytında bildirildiyinə görə, dispetçer  mərkəzinə miqrantları daşıyan rezin qayığın mühərrikinin sıradan çıxması səbəbindən idarəetməni itirdiyi və Egey dənizində kömək üçün siqnal verdiyi barədə məlumat daxil olub. Xilasetmə dəstələri dərhal hadisə yerinə göndərilib. 

Sahil Mühafizəsi qrupları hadisə yerinə gəlib, üzən qayığı dayandırıb və 10 uşaq da daxil olmaqla 37 nəfəri təxliyə edib. Miqrantların qanunsuz daşınmasını təşkil etməkdə şübhəli bilinən bir nəfər də saxlanılıb. 

Xilas edilən bütün miqrantlar  İzmir Vilayət Miqrasiya İdarəsinə aparılıb. 

Saxlanılan şübhəli ilə bağlı istintaq tədbirləri jandarma bölməsində davam etdirilir.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
54
azerbaijan-news.az

1Mənbələr