AZ

Azərbaycanın idman gimnastı: “FaceOFF” turnirində özümə inandım və nəticə əldə etdim

Bakı, 9 dekabr, AZƏRTAC

Bu nəticəni gözləyirdim. Turnirdən öncə gərginlik var idi. Bunu da özüm yaratmışdım. Lakin ilk cəhddən sonra məndə alınacağını gördüm. Dörd növün üçündə birinci oldum. Müəyyən qədər çətinlik çəkdim. Fiziki olaraq yorğunluq var idi. Lakin özüməinam sayəsində nəticə əldə etdim.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın idman gimnastı, tamblinqçi Tofiq Əliyev Danimarkada keçirilən "FaceOFF" beynəlxalq turnirinin qalibi olması barədə danışarkən deyib.

Yarışın gərgin və marqlı keçdiyini bildirən idmançı gələcək hədəflərindən də söz açıb: “Gələn il dünya və Avropa çempionatları var. Həmçinin Dünya Kuboku bizi gözləyir. İlin sonunda isə yenidən "FaceOFF" beynəlxalq turniri olacaq. Hədəfim bütün yarışlarda birinci olmaqdır. İndi bunun üçün yaxşı istirahətə ehtiyacım var”.

Qeyd edək ki, Tofiq Əliyev ötən il də “FaceOFF” turnirinin qalibi olub.

Seçilən
97
azertag.az

1Mənbələr