Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin qabaqcıl silahları sınaqdan keçirmək üçün istifadə etdiyi “Asuka” sınaq gəmisinin göyərtəsinə konteyner dizaynlı yüksək enerjili lazer sisteminin prototipi quraşdırılıb.
Herbiand.az bildirir ki, bu barədə yerli mətbuatda fotoşəkillər dərc olunub.
Məlumata görə, hazırda “Asuka” gəmisində quraşdırılan sistemin dəniz sınaqları yüksək enerjili lazer silahlarının raket əleyhinə tədbirlər kimi potensialını qiymətləndirəcək.
Bəxtiyar CƏFƏRLİ