AZ

Sumqayıtda qəribə qəza: “Opel” avtoyuma məntəqəsindəki maşının üzərinə çıxdı VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sumqayıt şəhərində qəribə yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 8-də axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 99-FM-521 dövlət nömrə nişanlı “Opel” markalı maşın, avtoyuma məntəqəsində dayanmış 77-TR-358 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin üzərinə çıxıb. Qəzaya səbəb “Opel” sürücüsünün idarəetməni itirməsi olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Qeyd edək ki, qəzalı “Opel” ərazidən kənarlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
50
avtosfer.az

1Mənbələr