AZ

“Araz-Naxçıvan” – “Kəpəz” matçına doğru: İki tərəfdə ciddi itkilər 

Misli Premyer Liqasının XIV turunda “Araz Naxçıvan” “Kəpəz”lə üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, iki komanda da görüşə itkilərlə çıxacaq. Naxçıvan təmsilçisində Rahil Məmmədov və Felipe Santos zədə səbəbindən oyunu buraxacaq. Simakala isə cəzalı olduğu üçün meydana çıxa bilməyəcək.

“Kəpəz”də isə zədəli Muhameddu Ba və cəzalı Olavale Onanuqa görüşü kənardan izləyəcək. Hücumçu Paçunun durumu isə bəlirsizdir.

Xatırladaq ki, “Araz-Naxçıvan” – “Kəpəz” matçı saat 17:00-da start götürəcək.

Seçilən
13
idmanxeber.az

1Mənbələr