AZ

Böyük texnologiya şirkətləri bu qərardan narahatdır

Avstraliyanın 16 yaşdan aşağı uşaqlar üçün sosial media qadağası gətirən yeni tənzimləməsi dünyadakı böyük texnologiya şirkətlərində ciddi narahatlıq yaradıb. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, 10 dekabrda qüvvəyə minəcək qanunla birlikdə sosial media platformaları yetkinlik yaşına çatmayan istifadəçilərin hesab açmasının qarşısını almaq üçün məqbul tədbirlər görməyə məcbur olacaq.

"Facebook"un Avstraliyadakı keçmiş rəhbəri Stiven Şiler bildirib ki, internetin və sosial medianın ilk dövrlərində onun ictimaiyyət üçün böyük fayda verəcəyinə inanılırdı, lakin zaman keçdikcə bu optimizmin yerini şübhə tutub.

Şiler platformaların müsbət tərəflərinin olduğunu, lakin zərərli məzmunların getdikcə daha üstün mövqedə göründüyünü qeyd edib.

Lakin Avstraliyanın 16 yaşdan aşağı bütün uşaqları əhatə edən qadağası indiyədək atılmış ən sərt addımlardan biri kimi diqqət çəkir.

Texnologiya şirkətləri təxminən bir ildir ki, bu qanuna etiraz edirlər. Şirkətlər iddia edir ki, bu tətbiq uşaqları daha az təhlükəsiz vəziyyətə sala bilər, ifadə azadlığını məhdudlaşdıra bilər və yaş təsdiqi texnologiyaları ilə bağlı qeyri-müəyyənliklər yaradır.

Böyük texnologiya şirkətlərini təmsil edən "NetChoice"un adından danışan Pol Task, bu qərarın gəncləri daha az məlumatlı və daha az əlaqəli vəziyyətə gətirəcəyini irəli sürüb.

Seçilən
25
1
operativmm.az

2Mənbələr