GlobalInfo saytına istinadən ain.az xəbər verir.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun geyindiyi plaş sosial mediada müzakirələrə səbəb olub. İddialara görə, plaş “Hugo Boss Burberry” brendinə aiddir və qiyməti təxminən 13 min avro (25 730 manat) təşkil edir. Maaşı 4225 manat olan bir məmurun bu qədər bahalı geyimə sahib olması onun fəaliyyətinin yoxlanılması ilə bağlı suallar yaradıb. Maraqlıdır ki, səsləndirilən iddialara nə Mirhəsən Seyidov, nə də Neftçala Rayon İcra Hakimiyyəti münasibət bildirib.
Bu kimi hallar məmurun fəaliyyətinə dair araşdırma aparılması üçün əsas yarada bilərmi?
Globalinfo.az-a danışan hüquqşünas Rövşən Məmmədov deyib ki, hər hansı məmurun geyiminə görə onun fəaliyyətinin yoxlanılmasını tələb edən hüquqi norma mövcud deyil:
“Əgər idarə etdiyi icra qurumunda səlahiyyətlərindən sui-istifadə ehtimalı varsa, bu halda araşdırma aparıla bilər. Əks halda, məmur geyiminin bahalı olması yoxlama üçün əsas deyil. O, geyimi hansısa qohumunun hədiyyə etdiyini də iddia edə bilər. Məmurun geyimi yox, fəaliyyətində aşkar olunan nöqsanlara görə yoxlanılması mümkündür”.
Rövşən Məmmədov
Hüquqşünas bildirib ki, həmin plaşın həqiqətən “Hugo Boss Burberry” markasına aid olub-olmadığını dəqiqləşdirmək lazımdır:
“İstisna deyil ki, bu, Çin istehsalı olsun. Əgər belədirsə, qiyməti təxminən 150-200 manat civarında ola bilər. Belə məhsullar adətən “A klas” kimi tanınır”.
Mirhəsən Seyidovun sözügedən plaşı
Zaira Akifqızı
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.