AZ

Bioloji fəallığa malik qida əlavələri müalicəvi təsir göstərmir - Səhiyyə Nazirliyinin eksperti

Bakı. Trend:

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) ölkədədərman vasitələrinin və tibbi vasitələrin ekspertiza və qeydiyyatproseslərini həyata keçirən əsas qurumdur.

Trend xəbərverir ki, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza MərkəzininBioloji Fəallığa Malik Qida Əlavələri şöbəsinin eksperti Gülnarİmayılova Sağlam radio”nun “Sağlam səhər” verilişindəsəsləndirib.

Onun sözlərinə görə, Mərkəzin fəaliyyət istiqamətləri yalnızbununla məhdudlaşmır:

“AEM təkcə dərmanların keyfiyyətinə nəzarət edən struktur deyil,eyni zamanda tibbi məqsədlə istifadə olunan bütün məhsulların –dərman vasitələrinin, tibbi vasitələrin və bioloji fəallığa malikqida əlavələrinin –statusunu müəyyən edən yeganə ekspertizaorqanıdır. Yəni, hansısa məhsulun hansı kateqoriyaya aid olmasıyalnız AEM tərəfindən aparılan ekspertiza nəticəsindədəqiqləşdirilir.”

Ekspert qeyd edib ki, dərman və tibbi vasitələr üzrəsəlahiyyətlər Mərkəzin əsas funksional istiqamətlərindəndir:

“Dərmanın nə olduğunu, hansı maddələrin dərman təsirigöstərdiyini, hansı məhsulun tibbi vasitə kimi qiymətləndiriləbiləcəyini hüquqi və elmi baxımdan müəyyən edən məhz SəhiyyəNazirliyi Analitik Ekspertiza Mərkəzidir. Bioloji fəallığa malikqida əlavələri isə dərman vasitəsi olmasalar da, stratejiəhəmiyyətə malik məhsullar sırasına daxildir. Çünki bəzi hallardaBAQM-ların tərkibindəki maddələr və onların təsir iddiaları dərmanvasitələrinə bənzəyə bilər. Məhz buna görə bu məhsullarıntəhlükəsizliyi, istifadə məqsədi, doza göstəriciləri və tərkibininnormativ sənədlərə uyğunluğu xüsusi diqqətlə qiymətləndirilməlidir.BAQM statusu almaq istəyən istənilən istehsalçı, idxalçı və yafiziki şəxs ilk növbədə Analitik Ekspertiza Mərkəzinə müraciətetməli və ekspertizadan keçməlidir.”

G. İmayılova bildirib ki, dərmanın nə olduğunu, hansı məhsulundərman təsiri yaratdığını, hansının isə qida əlavəsi kateqoriyasınaaid olduğunu müəyyən edə bilən yeganə qurum məhz AEM-dir və Busəbəbdən BAQM-ların dərman vasitəsi sayılıb-sayılmaması da Mərkəzinsəlahiyyətinə daxildir:

“Nəzərinizə çatdırım ki, bioloji fəallığa malik qida əlavələrimüalicəvi təsir göstərmir və dərman vasitəsi hesab olunmur. BAQM —qida rasionunu zənginləşdirmək məqsədilə nəzərdə tutulmuş,qidalandırıcı və fizioloji təsirə malik nutriyentlərdən və digərbioloji aktiv maddələrdən ibarət olan məhsuldur. Bu məhsullarkapsul, tablet, ampul, damcı və digər dozalanmış formada istehsalolunur və gündəlik qəbul dozası normativ qaydada müəyyən edilir.Məqsədi xəstəliyi müalicə etmək deyil, qida qəbulunu tamamlamaq vəorqanizmin normal fizioloji funksiyalarını dəstəkləməkdir”.

Seçilən
83
az.trend.az

1Mənbələr