AZ

Qanunsuz heyvan kəsiminə qarşı reyd keçirilib

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qida Təhlükəsizliyi Agentliyi, Daxili İşlər Nazirliyi və Beyləqan rayon İcra Hakimiyyətinin əməkdaşları rayon ərazisində antisanitar şəraitdə küçə və yol kənarlarında, həmçinin kəsim nəzərdə tutulmayan yerlərdə qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində reyd keçirib. 

“Cebheinfo.az” xəbər verir ki,bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, reyd zamanı 10-a yaxın ət satışı mağazasına baxış keçirilib. Sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan, qanunsuz heyvan kəsimi və ət satışına qarşı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Qanunsuz kəsim üçün quraşdırılmış qurğular sökülüb. 

Bu sahədə fəaliyyətin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqəsində həyata keçirilməsi ilə bağlı icrası məcburi göstərişlər verilib.

Gülər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
5
cebheinfo.az

6Mənbələr