AZ

Xabi: Mançester Siti yə qalib gələcəyimizə əminik

ain.az bildirir, Qol.az portalına istinadən.

Xabi: "Mançester Siti"yə qalib gələcəyimizə əminik"

"Real"ın baş məşqçisi Xabi Alonso Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda "Mançester Siti"yə qarşı keçirəcəkləri matç haqqında danışıb.

QOL.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, mütəxəssis oyunun çətin olacağını başa düşdüklərini, lakin qələbəyə inandıqlarını bildirib:

"Böyük bir gün, əla Çempionlar Liqası atmosferi olacaq. Azarkeşlər bizi bu yaxınlarda Çempionlar Liqasının qalibi olmuş komandaya qarşı hansı futbolu oynayacağımızı bilirlər. İstənilən halda, biz qalib gəlmək əzmindəyik. Klubda hamı sabah qələbə qazanacağımıza əmindir"..

Qeyd edək ki, sözügedən görüş sabah “Santyaqo Bernabeu”da keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Mətbuatda "Real"ın bu oyunda qalib gəlməyəcəyi təqdirdə klub rəhbərliyinin Xabi Alonsonu istefaya göndərəcəyinə dair xəbərlər yayılıb. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
qol.az

2Mənbələr